Pirallahıda əsas magistral yolunun kənarındakı boş ərazidə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər və Pirallahı rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə paytaxtın Pirallahı rayonunda əsas magistral yolunun kənarındakı boş ərazidə növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Aksiyada icra qurumlarının, kommunal və digər xidmətlərin, Yaşıllaşdırma Birliyi Təsərrüfatının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 3 mindən çox Eldar Şamı və 2 mindən çox oleandr kolları əkilib.

Yeni əkilən ağac və kollara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24