Özbəkistanda İqlim Şurası yaradılır

Özbəkistan Prezidenti yanında İqlim Şurası yaradılacaq.

“Report” Özbəkistan KİV-ə istinadən xəbər verir ki, Prezident Şavkat Mirziyoyev bununla bağlı müvafiq fərman imzalayıb.

Şura iqlim dəyişikliyinin səbəb olduğu fəsadların yumşaldılması və onlara uyğunlaşma məsələləri üzrə ali məşvərət orqanı olacaq.

Şuranın əsas vəzifələri Özbəkistanın BMT-nin İqlim Dəyişmələri üzrə 1992-ci il tarixli Çərçivə Konvensiyası və 2015-ci il tarixli Paris sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməsinin monitorinqindən ibarət olacaq.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37