Ova cəhd edən Balakən sakinləri cəzalandırılıb

Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ova cəhd edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Report"a bildirib ki, araşdırma zamanı brakonyerlərin Balakən rayon sakinləri Şamil Mustafayev və Eldar Əliqayev olduğu müəyyən edilib.

“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”,- o qeyd edib.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37