Ötən il ekologiyaya ziyan vuran şəxslər 1 milyon manat cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2020-ci ildə 1 553 müəssisədə müvafiq müayinələr aparılıb.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunan müəssisələrin 38,2 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 35,7 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 28,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunan 1 004 nəfər vəzifəli şəxs və vətəndaşlardan 1 milyon 140 min manat məbləğində cərimə tutulub.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24