Ötən həftə ən çox yağıntı Astaraya düşüb

Azərbaycanda ötən həftə Astarada 25 mm yağış qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həftəlik icmalında bildirilib.

Həmin dövrdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 14 dərəcə olub. Bölgələrdə isə ən yüksək temperatur Yevlaxda (17 dərəcə) olub.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, dağlıq ərazilərdə isə Şahdağda 20 m/s-yə çatıb.

Qarın hündürlüyü isə Şahbuz rayonunun Biçənək ərazisində 44 sm-ə çatıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20