Ölkə ərazisində qarlı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

"Report" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində qarlı hava şəraiti davam edir.

Əksər rayonlarda və Abşeron yarımadasında qar yağıb, bəzi yerlərdə intensiv olub. Qərb küləyinin sürəti Neftçalada 32, Salyanda 22, Naftalanda 20, Tərtərdə 18, Sumqayıt, Qum adasında 21, Neft daşlarında 20, Bakı, Binə və Çilov adasında 18 m/s -dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.5 metrə çatıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20