Növbəti üç gündə rayonlarda yağış yağacaq

Növbəti üç gündə rayonlarda yağış yağacaq.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Qəbələ rayonunda bəzi yerlərdə az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 16-19° isti olacaq.

Şahdağda havanın arabir az yağıntılı olacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.
Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-5° isti olacaq.

İsmayıllı rayonunda arabir az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.
Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 15-18° isti olacaq.

Lənkəran rayonunda arabir yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.

Şəki rayonunda arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-19° isti olacaq.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58