Xidmət rəisi: Ayın sonlarına yaxın Bakı və Abşeronda qarlı havanın olması istisna edilmir

Növbəti günlərdə hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi gözlənilir.

“Report” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, ölkəyə şimaldan soyuq hava kütləsi daxil olacaq:

“Ayın sonlarına yaxın Bakı və Abşeronda qarlı hava şəraitinin olması istisna olunmur. Amma bu hələ tam dəqiq məlumat deyil, çünki dəqiq proqnoz üç gün əvvəldən verilsə özünü doğruldur”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38