Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Bakı. 21 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə növbəti görüşü Sabirabad və Ağcabədi rayonlarında keçirib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Füzuli və Bərdə rayonlarının nohur balıqçılığı təsərrüfatlarının sahibləri iştirak ediblər.

Nazirliyin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişafı, daha yüksək məhsuldarlığın əldə edilməsi və keyfiyyətli yem təchizatı ilə bağlı tövsiyələr verilib, sahibkarların problemləri dinlənilib, onların həlli yolları müzakirə edilib.

Görüşdə, həmçinin nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün Nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.

Digər regionlarında da nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38