Nigar Arpadarai: İqlim gündəliyi dünya ölkələrini birləşdirmək üçün böyük potensiala malikdir

Mövcud geosiyasi ziddiyyətlər fonunda iqlim gündəliyi dünya ölkələrini və regionlarını birləşdirmək üçün böyük potensiala malikdir.

"Report" xəbər verir ki, bunu COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai "Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)" çərçivəsində keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, müasir dünya inamsızlıq, münaqişələr və parçalanma ilə xarakterizə olunur, lakin qlobal çağırışları təkbaşına həll etmək mümkün deyil.

N.Arpadarai həmçinin qeyd edib ki, qlobal iqlim arxitekturası ilə yerli səviyyədəki imkanlar arasındakı fərq əsas çağırışlardan biri olaraq qalır: "COP29-da biz maliyyələşməni təmin etdik. Bakıda maliyyə öhdəliklərini nəzərdə tutan tarixi qərar qəbul edildi. Lakin bu, kənddəki fermer üçün nə deməkdir? Bu vəsaitlər həssas icmalara necə gəlib çatır?".

O həmçinin hökumətlər, şəhərlər, özəl sektor, gənclər və digər qeyri-dövlət qurumları arasında tərəfdaşlığın vacibliyini vurğulayıb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34