ETSN-in Neftçala Regional Kompleks Monitorinq Laboratoriyasının açılışı olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Neftçala Regional Kompleks Monitorinq Laboratoriyasının açılışı olub.

“Report” xəbər verir ki, laboratoriya 10 rayonu əhatə edəcək.

Müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunan laboratoriyanın yaradılmasında məqsəd Xəzərə tökülən transsərhəd çayların suyunun keyfiyyətinə nəzarəti gücləndirməklə dənizin çirkləndirilməsinin qarşısını almaq, səth sularının, atmosfer yağıntılarının və torpağın kimyəvi analizlərini həyata keçirmək, eyni zamanda sahil və keçid sularının monitorinqini aparmaqdır.

Xatırladaq ki, 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramıdır.  

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24