Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisindəki şoranlaşma ilə bağlı qabaqlayıcı tədbirlər görülməsinə çağırıb.
"Report"un məlumatına görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirlərindən zərər çəkən ölkələrdən biri olduğunu bildirib.
Onun sözlərinə görə, bu amil şoranlaşma ilə bağlı müəyyən problemlərə səbəb olur: "Bu baxımdan qabaqlayıcı tədbirlər görülməlidir. Torpağın keyfiyyətinin yaxşılaşdırılması üçün ağaclar əkilməlidir. İftar suvarma və yağıntının miqdarının az olması bu problemə səbəblər arasındadır. Aidiyyəti qurumlar bununla bağlı lazımi addımlar atılmalıdır".