Nazirlik rəsmisi: "Badamdarda baş vermiş sürüşmə sahəsindəki vəziyyət fasiləsiz nəzarətdə saxlanılır"

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakının Badamdar qəsəbəsində baş verən sürüşmə sahəsindəki vəziyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən fasiləsiz nəzarətdə saxlanılır.

Bu barədə "Report"a ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O, qeyd edib ki, nazirliyin əməkdaşları hadisə yerindədir və ərazini daim nəzarətdə saxlayırlar: "ETSN tərəfindən hər 8 saatdan bir sürüşmə zonası ilə bağlı məlumat veriləcək. Əhalini, təşkilatları xəbərdar edəcəyik".

Qeyd edək ki, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24