Nazirlik: Milli Parklarda piknik etmək olar

"Milli Parklarda piknik etmək olar, bunun üçün parklarda turist marşturları üzrə piknik nöqtələri də yaradılıb".

"Report" xəbər verir ki, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, piknik nöqtələrinin sayı milli parklardakı keçən ilə nisbətən daha da artırılıb:

"Nazirlər Kabineti tərəfindən Milli parklara giriş qiyməti 2 manat müəyyən edilib. Bu vəsait hər bir mili parkın xüsusi fondunda toplanır və parkın imkanlarının yaxşılaşdırılmasına sərf edilir".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37