Nazirlik: İsmayıllıda geniş sahəni əhatə edən yeni sürüşmə sahəsi yaranıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ "İsmayıllı rayonunda yeni sürüşmə sahəsi yaranıb".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, rayonun Lahıc inzibati ərazi dairəsinə daxil olan Bağəli kəndində ötən günlərdə yeni sürüşmə sahəsi müşahidə olunub: "Sürüşmə geniş sahəni əhatə edir. Sürüşən sahənin eni 150, uzunluğu 700 metrə çatır. Sahənin üzərində çoxsaylı və müxtəlif istiqamətli çatlar əmələ gəlib. Hazırda ərazidə sürüşmə aktiv fazadadır".

O qeyd edib ki, həmin kənddə 3-4 ev var: "Evlərdə yaşayışın olmaması səbəbindən təbii fəlakət nəticəsində xəsarət alan olmayıb". 

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02