Nazirlik: Güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar

Bakı. 14 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi bazar günü çimərliyə getmək istəyənlərə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyul ayının 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və külək arabir güclənəcək.

Abşeron çimərliklərində suyun temperaturuna gəlincə, iyulun 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24