“Ekoloji təmiz maşınlardan istifadəni artırmaq üçün müxtəlif stimullaşdırıcı addımlar atılır”.
Bunu “Report”a müsahibəsində ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.
O qeyd edib ki, öncə avtomobillərin keyfiyyətini yaxşılaşdırmaq lazımdır: “Əlbəttə, 40 ilin maşını ilə 1 ilin maşını eyni mühərrikə sahib ola bilməz. Yəni biz avtomobil parkındakı durumu yaxşılaşdırmağı qarşıya məqsəd qoymuşuq. İkinci bir tərəfdən, çalışırıq ki, elektromobillərə və hibrit avtomobillərə üstünlük verək. Çünki benzin və dizel də ətraf mühitə çox ziyan vurur. Tədbirlər uzun müddətdir davam edir”.
R.Səttarzadənin geniş müsahibəsini bu link vasitəsilə oxuya bilərsiniz.