Nazirlik: Bakının iki ərazisi tullantılardan təmizlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu, Köhnə Binə ticarət mərkəzinin və Abşeron rayonu, Məmmədli kəndinin yaxınlığındakı ərazilərdə tullantıların qalaqlandığı barədə daxil olan şikayət yerində araşdırılıb.

ETSN-dən "Report"a verilən məlumata görə, araşdırma nəticəsində tullantıların qalaqlandığı, düzgün idarə olunmadığı təsdiqini tapıb.

Ərazilərin tullantılardan təmizlənməsi üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Məmmədli Bələdiyyəsinə “məcburi göstəriş”lər verilib və ərazilər tullantılardan təmizlənib.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22