Nazirlik: Bakının bəzi ərazilərində müşahidə olunan qoxu azalıb

Bakı. 11 may. REPORT.AZ/ "Bir neçə gün əvvəl Bakı şəhərinin bəzi ərazilərində müşahidə olunan qoxu və iyin miqdarı artıq azalıb".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyininn Ətraf mühit üzrə Mill­i Monitorinq Departam­entinin direktor müav­ini Mətanət Avazova nazirlikdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mayın 4 və 8-i arasında olan kəskin qoxu artıq azalmağa başlayıb: "Atmosfer havasında zərərli maddələrin miqdarının azalması onu göstərir ki, havaya atılan tüstünün aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Buna baxmayaraq həmin ərazilərdə monitorinq davam etdirilir. Zərərli maddələrin miqdarının normaya düşənə qədər monitorinqlərimiz davam edəcək".

Direktor müavini qeyd edib ki, rəsmi surətdə həmin obyekt rəhbərlərinə məktublar göndərilib və xəbərdarlıq edilib: "Onlara konkret vaxt verilib. Əgər iş görülməsə, inzibati tənbeh görüləcək"

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24