Nazirlik Bakıda qanunsuz zibilxana aşkarlayıb

Bakı. 24 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Kürdəxanı bağlar massivində yaşayan bir qrup sakin tərəfindən sözügedən ünvanda tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub. 

ETSN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı məlum olub ki, son illər sözügedən əraziyə məişət tullantılarının daşınması nəticəsində qanunsuz zibilxana yaranıb. Faktla bağlı akt tərtib olunub, ərazidə mövcud zibilxananın yığışdırılaraq antisanitar vəziyyətin aradan qaldırılması və nəzarətin gücləndirilməsi barədə Kürdəxanı bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Eyni zamanda, məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37