Nazirlik Bakıda ağacların qorunub saxlanılması məqsədi ilə MMC rəhbərinə məcburi göstəriş verib

Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazinin hasara alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə “Təbriz Center” MMC tərəfindən hasara alındığı, lakin ərazidəki mövcud 8 ağacın tikinti altına düşmədiyi müəyyən olunub. 

Ağaclar qeydiyyata alınaraq akt tərtib edilib və onların qorunub saxlanılması məqsədi ilə “Təbriz Center” MMC-nin rəhbəri Adil Yusifova icrası məcburi olan “məcburi göstəriş” verilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34