Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi faktını aşkarlayıb

Bakı. 27 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı sözügedən ünvanda yaşayan Bayram Bədəlov tərəfindən şikayət daxil olub.

Nazirlikdən “Report”a verilən məlumata görə, şikayət ETSN-in əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı müxtəlif diametrli yaşköküstə 32 ədəd eldar şamı və sərv cinsli ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı akt tərtib edilərək toplanmış sənədlər tədbir görülməsi üçün Xətai rayon polis idarəsinə göndərilib. 

Eyni zamanda, sözügedən ərazidə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən yeni ağacların əkilməsi təmin olunub. Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38