Nazirlik: Azərbaycanda yaxın iki gündə hava şəraiti günəşli və yağmursuz olacaq

Bakı. 6 Fevral. REPORT.AZ/ “Azərbaycanda bu gün müşahidə olunan hava şəraiti sabah da davam edəcək”.

Bunu “Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, fevral ayının 6 və 7-də ölkə ərazisində hava şəraiti sabit keçəcək: "Hazırda müşahidə olunan sabit hava şəraiti bu gün və sabah da davam edəcək. Hava şəraitinin günəşli və əsasən yağmursuz olacağı gözlənilir".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24