Nazirlik ağacların dibinin asfaltlanması ilə bağlı icra hakimiyyətlərinə müraciət edib

Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağacların dibinin asfaltlanması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

"Report" xəbər verir ki, bunu Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.

“Əməkdaşlarımızın nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ərazidəki ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib”,- o deyib.

V.Cavadov analoji halların təkrarlanmaması üçün yerli icra hakimiyyətlərinə müraciət edib: "Belə halların baş verməməsi üçün, çox istərdik ki, yerli icra orqanları öz xidməti ərazilərində olan yaşıllıq sahələrinə, ağaclara həssaslıqla yanaşsınlar, bu cür halların təkrarlanmaması üçün nəzarəti gücləndirsinlər”.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02