Nazir Yaponiya səfiri ilə COP29-la bağlı məsələləri müzakirə edib

Yaponiyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24