Nazir Səudiyyə Ərəbistanında "KAUST" və "ACWAPower" şirkətlərinin rəhbərləri ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti vəzifəsinə təyin edilmiş Muxtar Babayev Səudiyyə Ərəbistanına səfər edib.

"Report" xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, səfər çərçivəsində "KAUST" və "ACWAPower" şirkətlərinin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirilib.

Tərəflər bərpa olunan texnologiyaya innovativ yanaşmaları, emissiyaların idarə edilməsi texnologiyaları, suyun duzsuzlaşdırılması və Azərbaycanın su qıtlığı probleminin həllində əldə etdiyi irəliləyişləri müzakirə ediblər.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02