Nazir Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 1 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində iyunun 1-də, nazir Muxtar Babayevlə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori arasında tanışlıq görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22