Nazir Muxtar Babayev Böyük Britaniyanın ticarət nümayəndəsini və Azərbaycandakı səfirini qəbul edib

Bakı. 31 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts arasında tanışlıq görüşü keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Birləşmiş Krallığın plastik məhsullardan birdəfəlik istifadə üzrə yeni siyasəti, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24