Nazir müavini yanğınların söndürülməsində iştirak edən jurnalistlərə təşəkkür edib

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev son günlər baş verən yanğınlar zamanı bölgə müxbirlərinin yanğınların söndürülməsində fədakarlıq etdiklərini bildirib.

"Report"un məlumata görə, nazir müavini təmsil etdiyi qurumun adından həmin media nümayəndələrinə təşəkkür edib.

O vurğulayıb ki, yanğınlar zamanı jurnalistlər gecə-gündüz onlarla bərabər alovun söndürülməsində aktiv iştirak ediblər: "Nazirlik olaraq, onların təbiətə qarşı həssas münasibətini və fədakarlığını yüksək qiymətləndiririk” .

Nazir müavini "Report"un bölgə müxbiri Xanlar Cəbrayılovun adını da çəkib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34