Nazir müavini: "Meşə ilə örtülü sahənin 54 min hektarını ermənilər məhv edib"

"Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində 260,3 hektar meşə fondu sahəsi olub".

"Report"un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev nazirliyin Cəbrayıl rayonuna təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, həmin ərazilərin 228 min hektarı meşə ilə örtülü olub:

"Həmin meşə ilə örtülü sahənin 54 min hektarı ermənilər tərəfindən məhv edilib. Bu, təxmini rəqəmdir. Biz bu məlumatları kosmosdan aldığımız peyk çəkilişləri ilə müəyyən etmişik. Amma əraziyə yaxından baxış keçirildikdən sonra məhv olunan meşə sahəsinin nə qədər olduğu tam müəyyən ediləcək. Ermənistan sovet dövründə ən az meşəsi olan ərazi olub. Amma son zamanlar ən çox ağac istehsal edən ölkələr sırasında olub. Bu da ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində meşə zolaqlarının məhv etməsi nəticəsində olub. Ermənilərin məhv etdikləri elə ərazilər var ki, ora yalnız əkinə yararlı olacaq. Amma elə ərazilər də var ki ağaclar qırılsa da, sonradan həmin ərazilərdə yenidən ağac kötükləri özünü bərpa edib".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38