Nazir müavini: "Ekologiya sahəsinə ayrılan vəsaitin daha çox olmasını istəyirik"

“Biz istəyərdik ki, ekologiya sahəsinə ayrılan vəsaitlər daha çox olsun. Çünki tullantıların daşınması və s. məsələlər xərc tələb edir”.

“Report”un xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hər kəsin ekoloji təmiz mühitdə yaşama hüququ var: “Bunun üçün isə dövlətin əlavə dəstəyi lazımdır”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24