Nazir müavini: Cəbrayıl, Laçın, Kəlbəcər və Murovdağ istiqamətinə müxtəlif heyvanlar buraxılıb

Cəbrayıl, Laçın, Kəlbəcər rayonları və Murovdağ istiqamətinə müxtəlif heyvanlar buraxılıb.

"Report"un Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, cari ilin sonunadək daha bir fauna növünün işğaldan azad edilmiş ərazilərə reintroduksiyası nəzərdə tutulur:

"Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu və 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonuna Bezoar keçilərinin reintroduksiyası məqsədilə 3 baş keçi Göygöl Milli Parkının 6-cı kvartalından Murovdağ istiqamətinə buraxılıb.

Həmçinin su bioresurslarının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdən axan çaylardan ümumilikdə 1,1 milyondan çox qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb".

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24