Nazir müavini: “2030-cu ilə qədər istixana qazlarını 35% azaltmalıyıq”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası, “Yaşıl enerji” zonalarının yaradılması iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə töhfə verir”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda BMT gününə həsr edilmiş tədbirdə deyib.

Bundan başqa, onun sözlərinə görə, ölkə Prezidentinin sosial-iqtisadi inkişafa dair müəyyən etdiyi 5 milli prioritet beynəlxalq təşəbbüslərlə tam uzlaşır. İqlim dəyişikliyinin aktuallığı ilə nəzərə alınaraq 1997-ci ildə Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı dövlət komissiyası yaradılıb. Ötən il yeni tərkibdə təsdiq edilmiş yeni komissiyasının fəaliyyəti BMT-nin iqlim dəyişikliyinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə mühüm əhəmiyyət kəsb edir. Həmçinin, 1990-cı illə müqayisədə 2030-cu ilə qədər Azərbaycanda istixana qazlarının həcminin 35 % azaldılması hədəflənir. Amma bu rəqəmin artırılması istisna edilmir".

Nazir müavini onu da bildirib ki, iqlim dəyişikliyi ilə bağlı təsirlərin azaldılması və bu təsirlərə uyğunlaşma sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT ilə əməkdaşlığıni davam etdirir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34