Nazir: "Meşələrin seyrəkləşməsi tendensiyası hələ də müşahidə edilir"

"Azərbaycan az meşəli ölkədir, cəmi 12 faiz meşə ilə örtülüdür. Bu baxımdan prioritet istiqamətlərinin meşələrin artırılmasıdır".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda ilk dəfə keçirilən Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, meşələrin mühafizəsi, vəziyyətlərinin yaxşılaşdırılması və qorunması istiqamətində irimiqyaslı meşəbərpa və meşəsalma tədbirləri həyata keçirilir:

"Lakin təbii meşə sahələrinin azalması, onların cins tərkibinin dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi tendensiyası hələ də müşahidə edilir. Bunun əsas səbəblərindən biri zərərli orqanizmlərin təsiri nəticəsində fitosanitar vəziyyətin pislməsidir. Bunumla bağlı zərərli orqanizmlərin kompleks mübarizə tədbirləri aparılır. Bitki sağlamlığının təmin olunmasına ciddi önəm verilməlidir. Bu məqsədlə nazirliyin, AQTA-nın və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən ibarət işçi qrupu fəaliyyət göstərir".

Nazir qeyd edib ki, bu sahədə beynəlxalq ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsinə xüsusi diqqət yetirilməlidir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38