Nazir: "Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki vandalizmi ekoloji fəlakət yaradıb"

Bakı. 5 mart. REPORT.AZ/ "Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki vandalizmi ekoloji fəlakət vəziyyəti yaradıb".

"Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, belə hallarda beynəlxalq hüquq əsas rol oynamalıdır.

"Azərbaycanın meşələri, flora və faunası məhv edilir, sular çirkləndirilir. Ermənilər tərəfindən qəsdən törədilən yanğınlar nəticəsində Azərbaycanın, təxminən, 100 min hektar meşə sahəsi məhv edilib. Araz çayının ekoloji vəziyyəti ürəkaçan deyil. Ermənilərin suyu çirkləndirməsi nəticəsində bir çox balıq növləri tükənmək üzrədir", - nazir söyləyib.

M.Babayev vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətləri talan etməkdə davam edir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34