​Naxçıvanın ekologiya və təbii sərvətlər naziri “Əməkdar dövlət qulluqçusu” fəxri adını alıb

Bakı. 2 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri “Əməkdar dövlət qulluqçusu” fəxri adını alıb.

"Report" xəbər verir ki, bununla bağlı sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Sərəncamda bildirilir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndinə əsasən muxtar respublikada dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Hafiz Səyavuş oğlu Yaqubova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24