Naxçıvanda yeni meyvə bağı salınıb

Naxçıvan Muxtar Respublikasında payız mövsümünün iməciliyi keçirilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, muxtar respublika Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba gölünün ətrafında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik iştirakçıları 2 hektar ərazidə 1500 müxtəlif meyvə və üzüm tingləri əkib, aqrotexniki qulluq göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.

Qeyd edək ki, muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Yaşıllaşdırma tədbirləri payız aylarında da davam etdirilir, yeni meyvə bağları salınır.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24