Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, özəl təşkilatların rəhbərləri, qazilər, ekologiya könüllüləri, eləcə də ictimaiyyət nümayəndələri olmaqla, 500 nəfər iştirak edib.
Səlahiyyətli nümayəndə F.Nəcəfli şanlı tariximizə möhtəşəm və qızıl hərflərlə yazılan Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xanlar Mustafayev səlahiyyətli nümayəndəyə cari ildə muxtar respublika ərazisində nəzərdə tutulan və 2023-cü ilin yaz mövsümündə icra olunan yaşıllaşdırma tədbirləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, bu ilin payız əkini mövsümündə muxtar respublika ərazisində 244 min tinglə, 2400 kiloqram isə toxumla əkin işləri həyata keçiriləcək.
Sonra ağacəkmə aksiyasına start verilib. İştirakçılar Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarında 4,5 hektar sahədə 1600 tut, 1000 püstə, 100 həmişəyaşıl tingləri və 120 gül kolu əkiblər. Tut tinglərinin əkilməsində məqsəd muxtar respublikada baramaçılığın inkişaf etdirilməsinə töhfə verməkdir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ağacəkmə aksiyasında iştirak edən qazilərlə görüşüb, onlarla söhbət edib, qayğıları ilə maraqlanıb.
Ekologiya könüllüləri ilə də görüşən səlahiyyətli nümayəndə gənclərə yerinə yetirdikləri missiyanın əhəmiyyətindən danışıb, işğaldan azad edilən ərazilərimizdə ekofəalların xüsusi aktivliyindən söz açıb.
Aksiyada könüllülərin iştirakı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fləşmob təşkil olunub. İki yüzə yaxın gənc böyük coşğu və qürur hissi ilə “100 il” yazısını nümayiş etdirib.
Sonda səlahiyyətli nümayəndə Fuad Nəcəfli televiziya kanallarına müsahibə verib.
Naxçıvanda Ulu Öndərin 100 illiyinə və Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib
Digər xəbərlər
Sabah 22 dərəcə isti olacaq
01 noyabr, 2026 / 12:29
Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
31 oktyabr, 2026 / 16:28
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
31 oktyabr, 2026 / 12:34
Şahdağa qar yağıb - Faktiki hava
31 oktyabr, 2026 / 10:37
Azərbaycanda noyabrda yağıntının miqdarı iqlim normasından çox olacaq - Proqnoz
30 oktyabr, 2026 / 12:45
Oktyabrın son günü Azərbaycanda yağış yağacaq
30 oktyabr, 2026 / 12:31
Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava
30 oktyabr, 2026 / 09:32
Sabah Bakıda hava yağmursuz olacaq
29 oktyabr, 2026 / 12:37
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ
28 oktyabr, 2026 / 12:16
Sabah Azərbaycanda hava yağışlı olacaq
27 oktyabr, 2026 / 12:11
Bakıda sabah 21 dərəcə isti olacaq
26 oktyabr, 2026 / 12:20
Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb
25 oktyabr, 2026 / 14:17
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
25 oktyabr, 2026 / 13:51
Bakıda yağış yağacaq, şimşək çaxacaq
25 oktyabr, 2026 / 12:26
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir - Faktiki hava
25 oktyabr, 2026 / 11:00
ISNA: Urmiya gölündə suyun səviyyəsindəki azalma dayanıb
24 oktyabr, 2026 / 22:02
Sabah Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24 oktyabr, 2026 / 14:30
Sabah Bakıda yağış yağacaq
24 oktyabr, 2026 / 12:24
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - Faktiki hava
24 oktyabr, 2026 / 10:25