Naxçıvanda qeyri-sabit hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

"Report"un yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarından etibarən muxtar respublikanın şəhər və kəndlərinə yağış, yüksək dağlıq ərazilərə isə qar yağır.

Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Ordubad rayonunun Parağaçay qəsəbəsində, 2500 metr yüksəklikdə qar örtüyünün hündürlüyü 2 santimetr, Şahbuz rayonunun Batabat yaylağında isə 1 santimetr təşkil edib.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19