Naxçıvanda müasir standartlara cavab verən avtomat meteostansiyalar quraşdırılıb

Bakı. 7 iyun. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında meteoroloji müşahidə şəbəkəsinin təkmilləşdirilməsi prosesinə başlanılıb. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Artıq Muxtar Respublikada Finlandiya istehsalı olan müasir standartlara cavab verən avtomatlaşdırılmış stansiyalar vasitəsilə 7 meteoroloji parametr üzrə məlumatların əldə olunması və ötürülməsi mümkün olacaq.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və dəstəyi ilə avtomat meteostansiyalardan biri Naxçıvan, digəri isə Culfa şəhərində quraşdırılıb.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38