Naxçıvanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Martın 23-dək Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Report"un yerli bürosuna verilən məlumata görə, muxtar respublikada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə 10-15 m/san sürətlə qərb küləyi əsəcək, bəzi yerlərdə küləyin sürəti 18 m/san-dək güclənəcək.

Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38