Naxçıvanda “Heydər Əliyev ili”nə töhfə olaraq növbəti ağacəkmə aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Babək rayon İcra Hakimiyyəti və Naxçıvan Televiziyası əməkdaşlarının, həmçinin ekokönüllülərin iştirakı ilə Əshabi-Kəhf ziyarətgahına gedən yolun ətrafında növbəti dəfə ağacəkmə aksiyası keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, aksiya zamanı ərazidə iqlim şəraitinə uyğun 700 badam ağacı əkilib, yaşıllıq zolağı salınıb.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24