Naxçıvanda güclü yağış nəticəsində avtomobil yollarında məhdudiyyət yaranıb - VİDEO

Naxçıvanda güclü yağış nəticəsində bir neçə avtomobil yolunda məhdudiyyət yaranıb.

"Report"un yerli bürosu xəbər verir ki, Şahbuz rayonunun Badamlı qəsəbəsi və Türkeş kənd ərazisində müşahidə olunan güclü yağış bir neçə avtomobil yolunun hərəkət hissəsində keçidi çətinləşdirib.

Qeyd olunan ərazilərə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin texnika və canlı qüvvələri səfərbər olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Qeyd edək ki, güclü dolu və yağış Naxçıvanda təsərüfatlara ziyan vurub.

Digər xəbərlər

Sabah hava yağmursuz keçəcək 05 yanvar, 2026 / 12:12
Qaxa 25 sm qar yağıb 02 yanvar, 2026 / 12:48
Sabah sulu qar yağacaq - PROQNOZ 01 yanvar, 2026 / 12:22