Nardarandakı daş karxanasının direktoruna məcburi göstəriş verilib

Nardaranda fəaliyyət göstərən daş karxanasının istismarı zamanı ətrafa tozun və səs-küyün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan çoxsaylı şikayətlər araşdırılıb. 

"Report" xəbər verir ki, xidmətin rəis müavini Ramal Bağırov araşdırma zamanı sözügedən ərazidə “Nardaran Daş Karxanası LTD” MMC-nin fəaliyyəti zamanı ətrafa tozun və səs-küyün yayılması faktının təsdiqini tapdığını deyib.

O qeyd edib ki, ətrafa səs-küy və tozun yayılmasının qarşısının alınması məqsədi ilə müəssisənin direktoruna məcburi göstəriş verilib.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37