Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda qar yağır - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, saat 17:00-a olan məlumata əsasən, ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib.

Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda yağıntılı olub, qara keçib. Bakıda hazırda yağış yağır.

Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20