Muxtar Babayev: UNEP Xəzərdə dayazlaşma ilə bağlı araşdırma layihəsini Azərbaycana təqdim edib

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Xəzər dənizində dayazlaşmanın səbəbləri ilə bağlı araşdırmanın ilkin layihəsini Azərbaycana təqdim edib.

"Report" xəbər verir ki, bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev AzTV-də yayımlanan "Həftə" verilişində deyib.

Onun sözlərinə görə, UNEP-ə Xəzər dənizində dayazlaşmanın səbəblərinin araşdırılması ilə bağlı müraciət edilib:

"Bizə ilkin layihə təqdim edilib. Əsas səbəb çaylarda sululuğun azalması göstərildi. Burada digər amillər - istiləşmə, yağıntıların qeyri-bərabər paylanması var. Əsasən, dayazlaşmaya səbəb kimi çayların gətirdiyi suların azlığı göstərilir".

Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi əlavə edib ki, Azərbaycan Xəzər dənizinin dayazlaşması ilə bağlı müzakirələrin aparılması üçün ölkələri, müxtəlif beynəlxalq təşkilatları açıq dialoqa çağırır.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34