Muxtar Babayev: Qvineya-Bisaudakı layihə həssas ölkələrə iqlim yardımı üçün nümunə olacaq

Qvineya-Bisaudakı pilot layihə ölkə hökuməti və müvafiq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış tərəfdaşlıq modelinin ilk praktiki tətbiqi olacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, layihə iqlim dəyişikliyi ilə mübarizə sahəsində milli potensialın və koordinasiyanın gücləndirilməsinə, eləcə də iqlim layihələrinin hazırlanmasının dəstəklənməsinə yönəldiləcək.

"Bu pilot layihə çərçivəsində əldə edilən təcrübə, həmçinin digər həssas və qeyri-sabit ölkələr üçün praktik və təkrarlana bilən bir model təqdim edə bilər", - M. Babayev vurğulayıb.

Onun sözlərinə görə, belə ölkələr iqlim maliyyəsinə çıxışda çox vaxt ciddi maneələrlə üzləşirlər. Bununla əlaqədar olaraq, həssas və qeyri-sabit ölkələrə dəstək göstərməyə yönəlmiş İqlim və Sülh üzrə Bakı Habı yaradılıb. Hab benefisiar ölkələrin hökumətlərini, iqlim fondlarını, çoxtərəfli inkişaf banklarını, BMT strukturlarını, inkişaf üzrə tərəfdaşları və özəl sektoru özündə birləşdirir.

M. Babayev həmçinin qeyd edib ki, Azərbaycan iqlim və sülh gündəliyinin təşviqinə və Afrika ilə həmrəylik ruhunun qorunub saxlanılmasına sadiqdir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34