Muxtar Babayev: Maliyyə məsələləri iqlim fəaliyyəti üçün çox önəmli faktordur

Maliyyə məsələləri iqlim fəaliyyəti üçün çox önəmli faktordur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "COP31-ə doğru: Geosiyasi sınaqların yaşandığı bir dövrdə iqlim fəaliyyətini gücləndirmək" adlı paneldə çıxışı zamanı deyib.

M.Babayev qeyd edib ki, iqlim fəaliyyətində irəliləyiş əldə etmək üçün yetərincə maliyyələşmənin olması başlıca ehtiyacdır:

"Hazırda dünyada saysız müharibələr davam edir. Sülh dövründə olduğumuz üçün bizlərin bu işlərə qatqısı ola bilər. Məsələn, bu gün Türkiyənin əlində çox böyük şans var və iqlim məsələlərinə bir sıra ölkələri cəlb edə bilər".

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24