Muxtar Babayev İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 11 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari arasında tanışlıq görüşü keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34