Muxtar Babayev Hindistanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 11 iyun. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana arasında tanışlıq görüşü keçirilib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Hindistan arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi, ekoloji monitorinq sahəsində və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17